
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qanuntv.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Vaqif Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasındakı diplomatik nümayəndəliyinə rəhbərlik edəcək.
Qeyd edək ki, Vaqif Sadıqov uzun illər diplomatik fəaliyyəti ilə seçilən peşəkar diplomat kimi tanınır.





