
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb.
Qanuntv.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Anar Ələkbərov sosial media hesabında paylaşım edib.
Paylaşımda sənətçiyə tezliklə sağalması arzulanıb, onun bu çətin sınaqdan güclü şəkildə çıxacağına və yenidən səhnəyə qayıdacağına inam ifadə olunub.
Müraciətdə Azərbaycan sənətkarlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıq bildirilib.
Sonda Xalq artistinə möhkəm cansağlığı və şəfa arzulanıb, onun səhnəyə qayıdışının səbirsizliklə gözlənildiyi vurğulanıb.





