
Yəmənin cənub-qərbində hökumət qüvvələri ilə “Ənsar Allah” (husilər) qruplaşmasının döyüşçüləri arasında silahlı toqquşmalar baş verib.
Məlumata görə, döyüşlər nəticəsində 60-dan çox insan həyatını itirib. Ölənlər arasında dinc sakinlərin də olduğu bildirilir.
Toqquşmalar zamanı hökumət qüvvələrinin 26 hərbçisi, husilərin isə 31 döyüşçüsü öldürülüb.
Bundan əlavə, Taiz şəhərində avtobusa raket zərbəsi endirilib. Hücum nəticəsində altı dinc sakin həlak olub, daha yeddi nəfər yaralanıb.
Hadisə ilə bağlı bölgədə vəziyyətin gərgin olaraq qaldığı bildirilir.





