
Sentyabrın 21-də, saat 09:00-dan etibarən Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində yol təmirinə başlanılıb.
QanunTV.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Təmir işləri Baloğlan Bağırov küçəsinin Məhəmmədəli Şəfai küçəsi ilə kəsişməsindən Səyyarə Zeynalova küçəsinə qədər olan hissəni əhatə edir.
Bildirilib ki, təmir işlərinin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, ərazidə yarana biləcək nəqliyyat sıxlığının qarşısını almaq məqsədilə əvvəlcədən alternativ yollardan istifadə etmələri xahiş olunur.





