
Cəlilabad rayonunda 7 il əvvəl itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.
Qanuntv.az xəbər verir ki, 2019-cu ilin aprel ayında Göytəpə şəhər sakini Məmmədov Nadir Bahadır oğlunun itkin düşməsi ilə bağlı rayon polis şöbəsinə müraciət daxil olub.
Məlumata görə, Nadir Məmmədov həmin ilin mart ayında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Aparılan araşdırmalar nəticəsində onun öldürülərək su quyusuna atıldığı məlum olub.
Hadisənin digər təfərrüatları barədə əlavə məlumat verilməyib.





