
Göygöl rayonunda qadının qətlə yetirilməsi ilə nəticələnən hadisə baş verib.
QanunTV.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Məlumata əsasən, kənd sakini olan orta yaşlı kişi həyat yoldaşına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.





