
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib.
Qanuntv.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, tələbə burun əməliyyatından sonra dünyasını dəyişib.
Qeyd edək ki, Fidan Abbaslı universitetin kompüter elmləri ixtisası üzrə üçüncü kurs tələbəsi olub.
Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.





