
Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar Hökumət Evində yerləşən dövlət qurumlarının əməkdaşları distant iş rejimində çalışacaqlar.
Qanuntv.az xəbər verir ki, “Report”un məlumatına görə, sentyabrın 23-dən tətbiq ediləcək distant iş rejimi sentyabrın 28-dək davam edəcək.
Buna səbəb “Formula-1” yarışının keçirildiyi trasın Hökumət Evinin yerləşdiyi ərazidən keçməsi və bununla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlərdir.
Distant iş rejiminə keçəcək qurumlar arasında aşağıdakılar var:
Nazirliklər:
- Energetika Nazirliyi
- İqtisadiyyat Nazirliyi
- Mədəniyyət Nazirliyi
- Kənd Təsərrüfatı Nazirliyi
Komitələr və digər dövlət qurumları:
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
- İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı
- Əqli Mülkiyyət Agentliyi
- Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və aidiyyəti struktur qurumları
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakıda keçiriləcək.





