
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar Bakının bir sıra prospekt və küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq. Bu səbəbdən Bakı Şəhər Halqasının əhatə etdiyi ərazilərdə yerləşən 5 ümumi təhsil müəssisəsində dərslər distant (məsafədən) formada keçiriləcək.
Qanuntv.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verib.
Bildirilib ki, 2026-cı il sentyabrın 22-dən 26-dək aşağıdakı təhsil müəssisələrində tədris məsafədən təşkil ediləcək:
- Tofiq İsmayılov adına 6 nömrəli lisey;
- Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbi;
- Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi;
- 132-134 nömrəli lisey;
- İlyas Əfəndiyev adına Elitar gimnaziya.
Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti sentyabrın 27-dək məhdudlaşdırılacaq.





