
Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan iki gəncin meyiti tapılıb. Faciəvi hadisə nəticəsində həyatını itirən şəxslərin 2008-ci il təvəllüdlü tələbələr olduğu məlum olub.
Qanuntv.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Qusar rayon sakini Elmin Elman oğlu Əmrəliyevin və Bərdə rayon sakini Əlipaşa Natiq oğlu Əlizadənin meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Məlumata əsasən, hər iki gənc Milli Aviasiya Akademiyasının tələbəsi olub.
Hadisə ilə bağlı yayılan məlumatlarda gənclərin dənizdə nəzarətsiz ərazidə boğulduğu bildirilir.
Allah rəhmət eləsin!





