
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindən paylaşım edilib.
Qanuntv.az saytı xəbər verir ki, paylaşımda Bakıda keçirilən beynəlxalq forumun açılış mərasimi əks olunub.
Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif ölkələrdən nümayəndələri bir araya gətirərək mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir.





