
Beyləqan rayonunda müəllim vəfat edib.
Məlumata görə, Aygün Həsənova dünyasını dəyişib. O, rayonun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi çalışıb.
Bildirilib ki, müəllim şəkərli diabet xəstəliyi səbəbindən komaya düşüb və həyatını itirib.





