
Salyan rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində bir nəfər həyatını itirib, üç nəfər isə xəsarət alıb.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisənin başvermə səbəbləri ilə bağlı hələlik əlavə məlumat verilməyib.
Qanuntv.az





