
Prezident İlham Əliyev Azərbaycanın müstəqil xarici siyasəti və beynəlxalq münasibətlər sistemində qazandığı etimad barədə danışıb.
Qanuntv.az saytı xəbər verir ki, dövlət başçısı bu fikirləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı səsləndirib.
Prezident Azərbaycanın beynəlxalq əlaqələrinə toxunaraq bildirib ki, ölkənin müstəqil siyasəti beynəlxalq səviyyədə böyük hörmət qazanmasına şərait yaradıb.
“Beynəlxalq təmaslarımız göstərir ki, biz özümüzü beynəlxalq icmanın etibar, inam, hörmət qazanan bir tərəfi kimi göstəririk”, – deyə dövlət başçısı əlavə edib.
İlham Əliyevin sözlərinə görə, Azərbaycanın beynəlxalq münasibətlərdə etimad qazanması və digər ölkələrlə əlaqələrinin inkişafı müstəqil siyasət kursunun mühüm nəticələrindəndir. Dövlət başçısının çıxışında ölkənin beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi mövqeyinin əhəmiyyəti diqqətə çatdırılıb.





