
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.
Qanuntv.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın hüquqi əsaslarının möhkəmləndirilməsi və əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addım atılıb.
Saziş Azərbaycan və Özbəkistan arasında mövcud dostluq münasibətlərinin daha da genişləndirilməsinə, mədəni əlaqələrin gücləndirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinin inkişafına töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin inkişafı iki xalqın ortaq tarixi, mənəvi dəyərləri və zəngin mədəni irsi baxımından xüsusi əhəmiyyət daşıyır.





