
Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə nəticəsində Nizami Qurbanov həyatını itirib, 1988-ci il təvəllüdlü Ü. Abdullayev isə bıçaq xəsarətləri alıb.
Yaralı xəstəxanaya yerləşdirilib və ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində Nizami Qurbanovu qətlə yetirməkdə və Ü. Abdullayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 24 yaşlı Elnur Sadıqov saxlanılıb və istintaqa təhvil verilib.





