
İran ABŞ-yə məxsus pilotsuz uçuş aparatını (PUA) vurduğunu bəyan edib.
Qanuntv.az xəbər verir ki, İran ordusunun açıqlamasına əsasən, hadisə Bandar-Əbbas şəhəri üzərində baş verib. Bildirilib ki, pilotsuz uçuş aparatı İranın hava hücumundan müdafiə qüvvələrinin atəşi nəticəsində vurulub.
Hadisənin təfərrüatları, PUA-nın hansı modelə aid olduğu və insidentin digər detalları barədə əlavə məlumat açıqlanmayıb.





