• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Bakıda müdafiə sərgisi, Qarabağda birgə təlim: Siyasi-hərbi mesaj [xfvalue_red]

3 Ekm, 26 - 07:52

Bakıda müdafiə sərgisi, Qarabağda birgə təlim: Siyasi-hərbi mesaj

Qarabağda bu dəfə atəş səsləri hərbi təlim ssenariləri üzrə eşidilirdi. Göydə aviasiya vasitələri, yerdə zirehli texnika, müxtəlif istiqamətlərdə hərəkət edən hərbi qulluqçular...

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ilk dəfə genişmiqyaslı beynəlxalq hərbi təlim keçirilib.

3500-dən çox şəxsi heyətin iştirak etdiyi “Birliyin Gücü-2026” birgə hərbi təlimində Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları iştirak edib. İran, Slovakiya, Qırğızıstan, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri isə təlimdə müşahidəçi qismində yer alıblar.

Dörd mərhələdən ibarət təlim zamanı müxtəlif hərbi ssenarilər üzrə əməliyyatlar həyata keçirilib. İlk mərhələdə kiberhəmlələrin aşkarlanması və zərərsizləşdirilməsi, mediada dezinformasiyaya qarşı məlumatlandırma, güc nümayişi və çəkindirmə tədbirləri icra olunub.

İkinci mərhələdə diversiyaya qarşı mübarizə və antiterror tədbirləri, üçüncü mərhələdə isə qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi ssenariləri həyata keçirilib. Təlim iştirakçı ölkələrin bayraqları ilə birgə keçidlə yekunlaşıb.

Təlim çərçivəsində hərbi əməkdaşlığın inkişafı və birgə fəaliyyət imkanlarının artırılması əsas mövzulardan biri olub.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov təlimlərin şəxsi heyətin peşəkarlığının yüksəldilməsi, qarşılıqlı təcrübə mübadiləsi və sülhün, sabitliyin təmin olunmasına verdiyi töhfələri qeyd edib.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler təlimlərin gələcəkdə digər qardaş ölkələrin iştirakı ilə daha da genişləndirilməsini arzuladığını bildirib.

Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov isə təlimdə hərbi qulluqçuların yüksək döyüş hazırlığı, peşəkarlıq, nizam-intizam, çeviklik və müasir silah və texnikadan istifadə bacarıqlarını nümayiş etdirdiklərini vurğulayıb.

Hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, “Birliyin Gücü-2026” təliminin əsas məqsədlərindən biri birgə əməliyyatlara hazırlıq, qoşunların koordinasiyası və prosedurların standartlaşdırılmasıdır.

Ekspertin sözlərinə görə, təlimin daha geniş siyasi-hərbi tərəfi də var. Azərbaycan regional əməkdaşlığı yalnız siyasi bəyanatlar səviyyəsində deyil, real hərbi qarşılıqlı fəaliyyət, hərbi-texniki əməkdaşlıq, müdafiə sənayesi və texnologiya mübadiləsi istiqamətində də inkişaf etdirir.

Ehtiyatda olan türkiyəli general-mayor Yücel Karauz isə “Birliyin Gücü-2026” təlimində Özbəkistanın iştirakını Azərbaycan və Türkiyə arasında uzun illərdir davam edən hərbi əməkdaşlığın Türk Dövlətləri Təşkilatının digər üzvlərinin iştirakı ilə genişlənməsi kontekstində qiymətləndirib.

Onun sözlərinə görə, təlimdə ortaq təhdidlər, birgə komanda-idarəetmə fəaliyyəti, süni intellekt, kibertəhdidlər və hibrid müharibənin tələbləri üzrə müxtəlif ssenarilər bir arada tətbiq olunub.

Təlimlə paralel olaraq Bakıda “ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” XV yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirilib.

Beləliklə, ölkənin bir tərəfində Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri müxtəlif əməliyyat ssenarilərini icra etdiyi halda, Bakıda müdafiə sənayesinin müasir texnoloji imkanları nümayiş etdirilib.

“ADEX 2026” çərçivəsində Azərbaycan və Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb. Həmçinin Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında 2027-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Elxan Şıxəliyev bu iki tədbirin bir-birini tamamlayan istiqamətlər olduğunu bildirib. Onun sözlərinə görə, “Birliyin Gücü-2026” hərbi-siyasi və əməliyyat səviyyəsində əməkdaşlığı, “ADEX 2026” isə həmin əməkdaşlığın texnoloji və hərbi-sənaye bazasını nümayiş etdirir.

Yücel Karauz isə sərgidə Azərbaycanın lazer silah sistemləri, pilotsuz yerüstü avtonom vasitələri, kamikadze yerüstü vasitələri, dron sistemləri və digər müasir silah-sursat nümunələrinin nümayiş etdirilməsini diqqətçəkən məqam kimi qeyd edib.

Rəqəmlər də tədbirlərin miqyasını göstərir.

“Birliyin Gücü-2026” birgə hərbi təlimində 135 pilotsuz vasitə, 76 zirehli texnika, 94 artilleriya sistemi, 27 aviasiya vasitəsi, 34 REM/REK/RL sistemi, 18 hava hücumundan müdafiə vasitəsi, 8 dəst mühəndis texnikası və 25 dəniz vasitəsi nümayiş olunub.

“ADEX 2026” və “Securex Caspian” sərgilərində isə ümumilikdə 53 ölkə təmsil olunub, 30 ölkədən 280 şirkət və təşkilat iştirak edib.

Beləliklə, “Birliyin Gücü-2026” təlimi ilə “ADEX 2026” sərgisinin eyni dövrə təsadüf etməsi hərbi hazırlıq, birgə əməliyyat imkanları, müdafiə sənayesi və hərbi-texniki əməkdaşlığın paralel istiqamətlərdə nümayiş etdirilməsi ilə yadda qalıb.

Qanuntv.az

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Daş Salnamə Muzeyində “Çərçivədən kənar” inklüziv incəsənət sərgisi açılıb
backend
Laçın Zirvə görüşü: Türkiyə-Azərbaycan-Pakistan birliyinin nümayişi - ŞƏRH
backend
İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB
backend
Prezidentin Bakı Enerji Həftəsindəki çıxışı xarici mediada
backend
Edinburqda Ermənistanın mina terrorunu əks etdirən məlumatlandırma aksiyası keçirilib - FOTO
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 283

XƏBƏR LENTİ

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:244 Ekm
Ukraynada döyüşlərdə azərbaycanlı hərbçi həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:204 Ekm
Gəncədə bacı-qardaş kimyəvi maddədən yanıq xəsarətləri alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:184 Ekm
Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin Azərbaycana qaytarılması mümkündürmü? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:154 Ekm
Putindən Kadırovla bağlı mühüm tapşırıq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:124 Ekm
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:104 Ekm
Sürücülərin nəzərinə: Piyadaların üzərinə su sıçratmağa görə 40 manat cərimə var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:064 Ekm
Sumqayıt Tibb Mərkəzində kadr dəyişikliyi: İlkin Namazov vəzifəsindən azad edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:044 Ekm
Ladislau-Marius Vizer “Dostluq” ordeni ilə təltif edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:574 Ekm
Tovuzda fərdi yaşayış evində yanğın: qadın xəstəxanada vəfat etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:554 Ekm
Müəllimlərə hədiyyə və pul qəbulu ilə bağlı xəbərdarlıq edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:143 Ekm
DTX-dan xəbərdarlıq: Kibercinayətkarlar süni intellektdən istifadə edirlər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:113 Ekm
Prezident: “Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:083 Ekm
FHN Aparatında struktur dəyişiklikləri həyata keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:053 Ekm
Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:043 Ekm
“Azərsun Holdinq” ADEX 2026 sərgisində “Əsgər payı” məhsullarını təqdim edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:023 Ekm
Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər artırılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:593 Ekm
İlham Əliyev YAP-ın VIII Qurultayında: Qarşıda duran əsas vəzifələri açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:583 Ekm
Bakıda müdafiə sərgisi, Qarabağda birgə təlim: Siyasi-hərbi mesaj [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:523 Ekm
Hikmət Hacıyev: Ermənistan cəmiyyətində gördüyümüz bəzi məqamlar bizi narahat edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:483 Ekm
Türkiyədə iki hakim “Hakemlər işi” üzrə saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:432 Ekm
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı rəsmi açıqlamalar verilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:402 Ekm
Ermənistanda Azərbaycan hərbçisi saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:372 Ekm
Bakıda mikromobillik zolaqlarının uzunluğu 67,5 kilometrə çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:342 Ekm
Rafael Leao Portuqaliya millisinin yeni 7 nömrəsi oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:302 Ekm
Londondan İstanbula uçan AJet təyyarəsində sərxoş sərnişin insident yaradıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:282 Ekm
Prezident İlham Əliyev Si Cinpinə təbrik məktubu göndərib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:252 Ekm
Şamaxıda piyadanın ölümü ilə nəticələnən qəzanın təfərrüatı məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:222 Ekm
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:202 Ekm
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:182 Ekm
Azərbaycanın sahillərini BARBAROS qoruyacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:021 Ekm
Türkiyədə 4 böyük klubun bəzi rəhbərlərinin mərc etdiyi iddia olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:001 Ekm
Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət 6 aya endirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:581 Ekm
Nikahsız ailə quranlarla bağlı YENİLİK: Erkən evlilik anlayışı dəyişir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:551 Ekm
Zakir Həsənov Haluk Görgünlə görüşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:511 Ekm
İldə 20 min manatdan çox pul köçürmələri ilə bağlı YENİ QAYDA [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:461 Ekm
Hərbçilərin pensiya və əməkhaqqı sistemində dəyişikliklər təklif olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:431 Ekm
İlham Əliyev Böyük Britaniyanın müdafiə üzrə dövlət nazirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:401 Ekm
İlham Əliyev və Mehriban Əliyeva “ADEX 2026” sərgisi ilə tanış olublar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:361 Ekm
Ombudsmanın aylıq vəzifə maaşı 12 min manat müəyyənləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:321 Ekm
Şəmkir rayon Çaparlı kənd ərazi inzibati dairəsinin nümayəndəsi Natiq müəllim — yerli idarəçilikdə məsuliyyət və vətəndaş məmnuniyyətinə xidmət nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:4130 Eyl
İdris müəllim – sahibkarlıqda məsuliyyət və peşəkarlıq nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4830 Eyl
Xaliq Turan – səhiyyə sahəsində peşəkarlıq, məsuliyyət və insan amilini ön planda saxlayan rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1230 Eyl
Məzahir Abdullayev – peşəkarlığı, məsuliyyəti və insan amilinə yüksək dəyəri ilə seçilən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1930 Eyl
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə