
Qusar şəhərində qadının həyat yoldaşına qarşı zorakılıq etdiyi bildirilir.
Qanuntv.az xəbər verir ki, 45 yaşlı Samirə İslamova (şərti ad) mübahisə zamanı ərinin başına şüşə qabla zərbə vurub, daha sonra sınmış şüşə ilə onun qolunu kəsib.
Məlumata görə, tərəflər məhkəmədə barışdıqlarını bildirərək bir-birlərindən şikayətçi olmayıblar.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və qadın cinayət məsuliyyətindən azad olunub.





