
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.
Qanuntv.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, adambaşına maliyyələşdirmə prinsipi ilə maliyyələşdirilən dövlət ümumi təhsil müəssisələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin baza məbləğləri müəyyən edilib.
Müəyyənləşdirilən məbləğlər aşağıdakı kimidir:
- Tam orta ümumtəhsil məktəbi – 2 000 manat;
- Lisey – 2 200 manat;
- Gimnaziya – 2 200 manat;
- Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi – 2 500 manat;
- İnternat tipli lisey – 3 000 manat;
- İnternat tipli gimnaziya – 3 000 manat.
Qeyd edək ki, bu məbləğlər baza xərcləri hesab olunur. Müvafiq qaydalara əsasən, ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə həmin məbləğlərə artım əmsalları tətbiq ediləcək.
Qərar 2026-cı il sentyabrın 15-dən tətbiq edilir.
Beləliklə, yeni maliyyələşdirmə mexanizmi çərçivəsində dövlət ümumi təhsil müəssisələrinə ayrılan vəsaitin hesablanmasında hər bir təhsilalana düşən illik xərc əsas göstəricilərdən biri olacaq.





