
Masallı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Qanuntv.az saytı xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı E. Mirzəyev saxlanılıb. Onun üzərindən 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.





