
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib.
Qanuntv.az xəbər verir ki, başsağlığı Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması ilə əlaqədar ifadə olunub.
Prezident İlham Əliyev başsağlığı məktubunda hadisədən dərin kədər hissi keçirdiyini bildirib. O, faciə ilə əlaqədar Qazaxıstan Prezidentinə, həlak olan hərbçilərin ailə və yaxınlarına, eləcə də Qazaxıstan xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.
Başsağlığı mətnində qeyd olunub:
«“Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.»
«Allah rəhmət eləsin!”»





