
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib.
Qanuntv.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Xidmətin hərbi qulluqçularından polkovnik Abbas Abbasov Tofiq oğlu “Vətən uğrunda” medalı ilə təltif olunub.
“Hərbi xidmətlərə görə” medalı ilə isə aşağıdakı hərbi qulluqçular təltif ediliblər:
- polkovnik-leytenant Məmmədov Anar Əliağa oğlu;
- mayor Əliyev Fariz Atabəy oğlu;
- mayor Hüseynov Musa Mirzağa oğlu;
- mayor Quliyev Vahid Vaqif oğlu;
- mayor Şirinov Seymur Kamran oğlu.
Təltif olunan hərbi qulluqçulara bundan sonrakı xidmətlərində uğurlar arzulayırıq.





