
Rusiyada dron hücumu nəticəsində Azərbaycan vətəndaşı həlak olub.
QanunTV.az xəbər verir ki, hadisə nəticəsində Ucar rayonunun Boyat kənd sakini, 49 yaşlı Hüseyn Musa oğlu Mussalıyev həyatını itirib.
Məlumata görə, azərbaycanlı Rusiyanın Samara şəhərində yaşayıb. Onun olduğu obyekt dronla vurulub və nəticədə Hüseyn Mussalıyev həlak olub.
49 yaşlı soydaşımızın cənazəsinin sabah yaşadığı Samara şəhərindən Azərbaycana yola salınacağı bildirilir.





