
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
QanunTV.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 23 sentyabr 2026-cı il tarixində sərəncam imzalayıb.
Sərəncama əsasən, “AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibində Maliyyə Nazirliyinin nümayəndəsi dəyişdirilib.
Belə ki, Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri Mehman İsmayılovun adı Müşahidə Şurasının tərkibindən çıxarılıb.
Onu Maliyyə Nazirliyi Aparatının Maliyyə xidmətləri və dövlət müəssisələri üzrə siyasət şöbəsinin müdiri Gündüz Əliyev əvəz edib.
Dəyişiklik Prezidentin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli sərəncamında dəyişiklik edilməsi ilə həyata keçirilib.
Müvafiq sərəncam Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.





