
Sabunçu rayonunun Bilgəh qəsəbəsində dənizdə boğulan iki şəxsin kimliyi məlum olub.
Qanuntv.az xəbər verir ki, hadisə sentyabrın 19-da saat 16 radələrində baş verib. Məlumata görə, Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadə dənizdə çimərkən suda boğulublar.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Hazırda onların meyitlərinin sudan çıxarılması istiqamətində işlər davam etdirilir.
Məlumata görə, dənizdə boğulan hər iki şəxs tələbə olub.
Hadisənin səbəbləri və digər təfərrüatlarla bağlı araşdırma aparılır.




