• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

27 Mart - Azərbaycanda Elm Günüdür [xfvalue_red]

27 Mrt, 24 - 09:22

27 Mart - Azərbaycanda Elm Günüdür


Martın 27-si Azərbaycanda Elm Günüdür. Bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir.

Ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb.

Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərib. Akademiyanın sürətli inkişaf mərhələsi Ulu Öndərin adı ilə bağlıdır. Onun diqqət və qayğısı sayəsində Elmlər Akademiyası xalqın intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynayıb. Akademiyanın keçdiyi çətin və şərəfli yol elmimizin inkişafının böyük bir tarixi mərhələsi olmaqla yanaşı, ölkəmizin tərəqqisində elmin, alim sözünün, ziyalı mövqeyinin geniş imkanlara malik olduğunu nümayiş etdirən elmi-ictimai hərəkatın, mədəni-texniki proseslərin də mühüm bir göstəricisidir.

Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu sahədə islahatların aparılması, mövcud problemlərin aradan qaldırılması və elmin qarşısında duran strateji vəzifələrin icrası, həmçinin ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər bütövlükdə elmimizin inkişafına böyük təkan verib. Dövlətimizin başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanun respublikada elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırıldı. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edildi. Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradıldı. AMEA ilə Elm və Təhsil Nazirliyi ölkəmizdə elm siyasətinin həyata keçirilməsində birgə fəaliyyət göstərməyə başladı. AMEA-nın elmi müəssisə və qurumlarının bir qismi Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. Prezidentin 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə AMEA-nın yeni Nizamnaməsi təsdiq edildi.

Xatırladaq ki, 2022-ci ildə təhsil tarixinə daha bir parlaq səhifə yazıldı – Ermənistanın işğalından azad olunmuş Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə zəng çalındı. İşğaldan azad edilmiş ərazilərdə, həmçinin 2023-cü ildə 7 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb.

“2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, təhsil sahəsində islahatların aparılması əsas hədəflərdən biri kimi müəyyən edilib. Ümumi təhsildə islahatların davam etdirilməsi, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, ali təhsilin əlçatanlığının və əhatəliliyinin artırılması və bir çox digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində həm dövlətimiz, həm də respublikanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamları tərəfindən mühüm tədbirlər həyata keçirilir. Alimlərə, xüsusən gənclərə dünyanın aparıcı ölkələrinin elmi müəssisələrində ixtisasartırma kursları keçmək və araşdırma aparmaq üçün imkanlar yaradılır, onların beynəlxalq elmi layihələrdə iştirakı təmin edilir. Eyni zamanda, ölkəmizdə elmi-texniki infrastrukturun modernləşdirilməsi, tədqiqat müəssisələrinin statusuna və vəzifələrinə uyğun olaraq onların maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm addımlar atılır. Həmçinin elm və təhsilin inteqrasiyasının təmin edilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdəndir. Belə ki, doktorantura, dissertantura və magistratura yolu ilə elmi kadr hazırlığı keyfiyyətcə yeni səviyyəyə qaldırılır.

Bu gün Azərbaycan Respublikasında dövlətin elm sahəsində siyasətinin və strategiyasının əsas prinsipləri müəyyən olunmuş şəkildə, eyni zamanda, müasir tələblərə uyğun həyata keçirilir.

Elmin davamlı və sistemli inkişafının təmini, elmi fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması, cəmiyyət həyatının bütün istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi və s. elm sahəsində dövlət siyasətinin əsas məqsədləridir.


ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Əziz Səncər AMEA-nın fəxri üzvü seçildi
backend
Beynəlxalq Müəllimlər Günüdür
backend
Prokurorluq orqanlarının yaranmasından 105 il ötür
backend
Zərifə Əliyevanın 100 illik yubileyi qeyd ediləcək
backend
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 315

XƏBƏR LENTİ

İlham Əliyev Dublində Litva Prezidenti ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1113 Kas
Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1013 Kas
Azərbaycan və Böyük Britaniya müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0413 Kas
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb – Sənədin tam mətni [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5113 Kas
İlham Əliyev Nikol Paşinyanla görüşüb: Sülh gündəliyi və TRIPP layihəsi müzakirə olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4513 Kas
Nəvəsinin andiçmə mərasiminə gələn 84 yaşlı kişinin meyiti tapılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2413 Kas
Lənkəranda zəhərlənən ailənin üzvlərinin kimliyi məlum olub – 9 nəfər xəstəxanadan imtina edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0813 Kas
Bakıda 70-dən çox vətəndaşı iPhone satışı adı ilə aldadan şəxs saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5913 Kas
Dublində Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyası keçirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2913 Kas
İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2513 Kas
Hər Qəlb Verilən Dəyəri Daşımaz [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:5912 Kas
Sabunçuda qardaşını avtomobillə vuran 23 yaşlı sürücü saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5912 Kas
Genetik Ehtiyatlar İnstitutuna yeni rəhbər təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5612 Kas
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4412 Kas
Xaçmazda ağır qəza: “Mercedes” bir neçə ağacı və işıq dirəyini aşırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4112 Kas
Gəncədə bir evdən iki nəfərin meyiti tapılıb – Dəm qazından boğulduqları bildirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3712 Kas
Bu gün Azərbaycanda Konstitusiya Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3412 Kas
Azərbaycan şahmatçısı Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1612 Kas
Cəlilabadda 10 yaşlı uşaq yüksək hərarətdən qıcolma keçirərək vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1012 Kas
Gəncədə tanışını yandıraraq öldürməkdə təqsirləndirilən dörd nəfərə hökm oxunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0712 Kas
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin vəziyyəti ağırlaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0612 Kas
İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3311 Kas
Vəzifəli şəxs qəfil vəfat etdi: Bacısı oğlunun toyuna hazırlaşırmış [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3111 Kas
Gəncədə iki avtomobil toqquşub: 6 nəfər xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2011 Kas
Azərbaycan və Türkiyə Avropaya yaşıl enerji ixracını genişləndirməyi hədəfləyir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1811 Kas
FIFPRO ilin rəmzi komandasını açıqladı: Harri Keyn və Kriştianu Ronaldo heyətdən kənarda qaldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1011 Kas
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2411 Kas
Saatlıda hərbi xidmətdən yayınan şəxs həbs edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1511 Kas
Cəbrayılda Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Təlim və Tinglik Mərkəzi fəaliyyətə başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1411 Kas
“Lion” klubunun yeni baş məşqçisi bəlli oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1111 Kas
Bakıda dəm qazından ölən 30 yaşlı Quba sakininin [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3811 Kas
Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev Moskvada vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3011 Kas
Naxçıvanda hərbi xidmət keçən gənc əsgər ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0910 Kas
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0510 Kas
Zamin duranlar və nisyə mal satanlar üçün yeni tələblər qüvvəyə minib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0010 Kas
Sabirabadda məktəblini avtomobil vuraraq öldürüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5510 Kas
Azərbaycanda 17 yaşlı gənc qız qəfil vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4910 Kas
Üçtərəfli Bəyanatın imzalanmasından 6 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3610 Kas
AVMVİB sədri Füzuli Rzaquliyev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2310 Kas
Bakıda güclü külək 16 ağacı aşırıb, 32 ağacın budaqları qırılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1510 Kas
Joze Mourinyo İspaniya çempionatında ayın ən yaxşı məşqçisi seçilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0810 Kas
Bakı və Abşeronun su təminatını yaxşılaşdıracaq böyük layihə: Xəzər suyundan içməli su istehsal ediləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0710 Kas
Polkovnik Rəşad Aslanov Şuşanın azadlığı ilə bağlı unudulmaz xatirələrini bölüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:559 Kas
40 yaşlı bank əməkdaşı futbol oynayarkən vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:529 Kas
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə