
Qanuntv.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-ni ölkədə ümummilli matəm günü elan edib.
Qərara əsasən, həmin gün ölkə üzrə dövlət bayraqları endiriləcək və həlak olanların xatirəsi yad ediləcək.
Qeyd edək ki, qərar Xəzərdə baş vermiş hadisə nəticəsində həyatını itirən hərbçilərlə bağlı qəbul olunub.





