
Xəzər dənizində Qazaxıstan hərbi qulluqçularının ölümü ilə bağlı araşdırmalar davam etdirilir.
Qanuntv.az xəbər verir ki, hadisə ilə əlaqədar 30-dan çox hərbi qulluqçu dindirilib. Nəzarət orqanının əməkdaşları hadisə yerinə baxış keçirib, həmçinin sənədlər və videomateriallar müsadirə olunub.
Hadisə ilə bağlı 12 məhkəmə-tibbi ekspertizanın təyin edildiyi bildirilib.
Hazırda xidməti səhlənkarlıqda və xilasetmə əməliyyatlarının düzgün təşkil edilməməsində şübhəli bilinən vəzifəli şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri həyata keçirilir.
Araşdırmaların nəticəsindən asılı olaraq hadisənin başvermə səbəblərinə və məsul şəxslərin müəyyənləşdirilməsinə hüquqi qiymət veriləcək.





