
Bakı metropoliteninin “Memar Əcəmi” və “20 Yanvar” stansiyaları arasındakı sahədə sərnişinin relslərə düşməsi ilə bağlı hadisə baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb. Kişi sərnişinin relslərə düşməsindən sonra təhlükəsizlik məqsədilə təmas relsində elektrik enerjisinin verilişi dərhal dayandırılıb.
Sərnişin relslərdən çıxarılaraq polis əməkdaşlarına təhvil verilib.
Hadisədən sonra təmas relsində elektrik enerjisinin verilişi bərpa olunub. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.





