
“Kəpəz” futbol klubunun Media və Marketinq departamentinin direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib.
Qanuntv.az xəbər verir ki, bu vəzifəyə tanınmış idman jurnalisti Aqşin Əliyev gətirilib.
Aqşin Əliyev bu postda Gəray Qiyasovu əvəzləyib.
Jurnalist fəaliyyətinə “525-ci qəzet”də başlayan Aqşin Əliyev daha sonra “Neftçi” və MOİK futbol klublarında da çalışıb.
Yeni təyinatla Aqşin Əliyev “Kəpəz”in Media və Marketinq departamentinə rəhbərlik edəcək.





