
Xaricdə təhsil xidmətləri göstərən “AID Group” şirkətinin rəhbəri Nigar Fərhad saxlanılıb.
Qanuntv.az xəbər verir ki, Nigar Fərhad Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, hazırda onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, avqustun 5-də Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadənin həbs olunması barədə məlumat yayılıb.
Hüquq-mühafizə orqanlarının ilkin araşdırmasına əsasən, Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Nigar Fərhadla bağlı cinayət işi üzrə araşdırmanın nəticələri və məhkəmənin verəcəyi qərar gözlənilir.





