
Bakıda dənizçi Elvin İbadovun meyiti yaşadığı evdə aşkarlanıb.
İlkin məlumata görə, onun meyitinin aşkarlanması ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Dənizçinin ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Elvin İbadov Qara dənizdə dron hücumuna məruz qalan “Natra” gəmisində motorçu vəzifəsində çalışıb. O, sözügedən hadisədən sonra Bakıya qayıdıb.
Hazırda faktla bağlı araşdırma aparılır. Ölümün dəqiq səbəbi araşdırmanın nəticələrindən sonra məlum olacaq.





