
Ağdam rayonunda 57 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib.
QanunTV.az xəbər verir ki, hadisə rayonun Səfərli qəsəbəsində baş verib.
Məlumata görə, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu şəxsi münasibətlər zəminində bıçaqlanıb. Aldığı ağır xəsarətlər nəticəsində Z.Hüseynov hadisə yerində dünyasını dəyişib.
Qətli törətməkdə onun kürəkəni, 1996-cı il təvəllüdlü Eldəniz Elşən oğlu Qənbərov şübhəli bilinir.
E.Qənbərov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.





