
Jurnalist Aidə Əliyeva Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyin olunub.
Qanuntv.az xəbər verir ki, Aidə Əliyeva bu barədə sosial media hesabında paylaşım edib.
Jurnalist bildirib ki, yeni vəzifəsinin icrasına bu gündən etibarən başlayıb.
Qeyd edək ki, Aidə Əliyeva Azərbaycan teleməkanında dünya çempionatı oyunlarını şərh edən ilk iki qadın jurnalistdən biridir.





