
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Oqtay Əmənullayev vəzifəsindən azad olunub.
Qanuntv.az xəbər verir ki, Oqtay Əmənullayev artıq kollektivlə sağollaşıb və Cəlilabad RMX-dəki fəaliyyətini yekunlaşdırıb.
Qeyd edək ki, Oqtay Əmənullayev ötən ilin avqust ayından Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
O, 2020-2025-ci illərdə Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində fəaliyyət göstərib.
Hazırda Cəlilabad RMX-nin direktoru vəzifəsinə kimin təyin olunacağı ilə bağlı məlumat açıqlanmayıb.




