
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva ilə Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyevanın təkbətək görüşü keçirilib.
QanunTV xəbər verir ki, görüş çay masası əsnasında baş tutub. Məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud dostluq və qardaşlıq münasibətləri çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mehriban Əliyevanın Özbəkistana səfər çərçivəsində Ziroatxon Mirziyoyeva ilə görüşü Azərbaycan və Özbəkistan arasında yüksək səviyyədə inkişaf edən münasibətlərin humanitar və sosial istiqamətlərinin də diqqətdə saxlanıldığını göstərir.
Qeyd edək ki, Azərbaycan və Özbəkistan arasında əlaqələr son illərdə strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. İki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq davamlı şəkildə genişlənir.





