
Misli Premyer Liqasında II turun oyunları davam edir.
Qanuntv.az xəbər verir ki, turun növbəti oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 18:30-da başlayacaq.
Digər qarşılaşmada isə “Neftçi” “Araz-Naxçıvan”la üz-üzə gələcək. “Palms Sports Arena”da keçiriləcək matç saat 20:45-də start götürəcək.
23 avqust
Misli Premyer Liqası – II tur
18:30. “Turan Tovuz” – “Şamaxı”
20:45. “Neftçi” – “Araz-Naxçıvan”
Qeyd edək ki, II turun “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” oyunları Azərbaycan klublarının avrokuboklardakı iştirakı ilə əlaqədar təxirə salınıb.





