
Dövlət Mühafizə Xidmətinin polkovniki Seyran Tofiq oğlu Hüseynovun hərbi rütbəsi artırılıb.
Qanuntv.az xəbər verir ki, Seyran Hüseynova general-mayor ali hərbi rütbəsi verilib.
Seyran Hüseynov 2024-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, 23 avqust Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.





