
FIFA-nın İntizam Komitəsi 2026-cı il dünya çempionatının final oyunu zamanı baş vermiş insidentlərlə bağlı Argentina milli komandasının futbolçularına və məşqçisinə qarşı intizam tədbirləri görüb.
Qanuntv.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Ən ağır cəza Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredesə verilib. O, milli komandanın 10 oyununda iştirakdan məhrum edilib və 90 min ABŞ dolları məbləğində cərimələnib.
Müdafiəçi Nauel Molina isə 7 oyunluq diskvalifikasiyaya məruz qalıb və 90 min ABŞ dolları cərimələnib.
Argentina millisinin məşqçisi Roberto Ayala 3 oyunluq cəza alıb. O, həmçinin 30 min ABŞ dolları məbləğində cərimələnib.
Argentina yığmasının vingeri Tyaqo Almada və İspaniya millisinin yarımmüdafiəçisi Qavi isə 1 oyunluq diskvalifikasiya olunublar. Onların hər biri 30 min ABŞ dolları məbləğində cərimələnib.





