
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfliyə yeni vəzifə verilib.
Qanuntv.az xəbər verir ki, Anar Nəcəfli AAYDA-da yeni yaradılan İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri təyin edilib.
A.Nəcəfli təyinatını təsdiqləyib.
Yeni departamentin yaradılması və Anar Nəcəflinin rəhbər təyin olunması qurumun ictimaiyyətlə kommunikasiya, media ilə əlaqələr və məlumatlandırma fəaliyyətinin daha sistemli şəkildə həyata keçirilməsi məqsədi daşıyır.





