
Ağciyər Xəstəlikləri Mərkəzinin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri – baş həkim Mirrəhim Nəbiyev tutduğu vəzifədən azad edilib.
Qanuntv.az-a daxil olan məlumata görə, M.Nəbiyev artıq Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsində fəaliyyət göstərmir.
Hazırda xəstəxananın baş həkimi vəzifəsinə yeni təyinatın olmadığı bildirilir.
Mirrəhim Nəbiyevin vəzifədən azad edilməsinin səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Onun vəzifədən azad olunmasının hansı səbəbdən baş verdiyi barədə əlavə məlumatın açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Mirrəhim Nəbiyev bundan əvvəl Masallı Rayon Vərəm Dispanserinin baş həkimi vəzifəsində çalışıb.
Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verildiyi təqdirdə, məlumatı əlavə olaraq təqdim edəcəyik.





