
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəyli vəzifəsindən azad olunub.
Qanuntv.az xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, Mədəniyyət Nazirliyinin ümumi daxili strukturunun təkmilləşdirilməsi və kadr dəyişiklikləri ilə bağlı müvafiq proseslər həyata keçirilir. Proses yekunlaşdıqdan sonra bununla bağlı əlavə məlumat təqdim olunacağı qeyd edilib.
Qeyd edək ki, Mustafa Abbasbəyli 2024-cü ilin may ayında Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilmişdi.
O, 2019-2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2020-2024-cü illərdə isə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
Mustafa Abbasbəyli, həmçinin iqtisadiyyat nazirinin müşaviri Məmməd Abbasbəylinin qardaşıdır.





