
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında struktur dəyişiklikləri həyata keçirilib.
Qanuntv.az xəbər verir ki, nazir Kəmaləddin Heydərovun müvafiq əmri ilə Aparatın strukturunda bir sıra dəyişikliklər edilib.
Belə ki, 7 idarə şöbəyə çevrilib, 2 idarə ləğv edilib, 1 yeni idarə yaradılıb.
Struktur dəyişikliklərindən sonra ləğv edilərək şöbəyə çevrilən idarələrin rəhbərləri müvafiq şöbələrə müdiri vəzifəsinə təyin olunublar.
Bundan əlavə, Zahid Aşurovun rəhbərlik etdiyi Komendant xidmətinin təşkili və texniki təminat idarəsi də ləğv edilib.
Qeyd edək ki, dəyişikliklər FHN Aparatının strukturunun təkmilləşdirilməsi çərçivəsində həyata keçirilib.





