
Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində dəmiryolu stansiyasının yaxınlığında naməlum kişi meyiti aşkarlanıb.
Qanuntv.az xəbər verir ki, hadisə qəsəbədəki dəmiryolu stansiyasının yaxınlığında qeydə alınıb.
Məlumata görə, ərazidə təxminən 50 yaşlarında kişiyə məxsus meyit tapılıb. İlkin ehtimala əsasən, həmin şəxs təxminən bir ay əvvəl dünyasını dəyişib. Bu səbəbdən meyitdə çürümə prosesi baş verib.
Meyiti aşkarlayan şəxslər dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Faktla bağlı araşdırma aparılır.





