
Fransada iki gün əvvəl itkin düşən 29 yaşlı tiktoker Sonya Bellinanın meyiti aşkarlanıb.
Qanuntv.az xəbər verir ki, bu barədə “PEOPLE” nəşrinə istinadən məlumat yayılıb.
Məlumata görə, Bellina avqustun 10-da itkin düşüb. Onun meyiti avqustun 12-də Fransanın cənubunda yerləşən Sen-Jil kommunasındakı üzümlüklərdən birində tapılıb.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Sonya Bellinanın ölümü ilə əlaqədar iki kişi şübhəli şəxs qismində saxlanılıb.
Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini və ölümün hansı şəraitdə baş verdiyini araşdırır.
Qeyd edək ki, Sonya Bellina sosial şəbəkələrdə tanınan simalardan olub. Onun “TikTok” platformasında 260 mindən çox izləyicisi var idi.
İstintaqın nəticələri və saxlanılan şəxslərin hadisədəki mümkün rolu ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.





