
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş daha 5 şəhidin nəşi müəyyən edilərək dəfn mərasimləri keçiriləcək.
Qanuntv.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində aparılan araşdırmalar nəticəsində daha 5 şəhidin kimliyi müəyyən olunub.
Şəhidlərin qalıqları müvafiq prosedurlara uyğun olaraq ailələrinə təhvil veriləcək və onların dəfn mərasimləri keçiriləcək.
Qeyd edək ki, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və şəhidlərin kimliyinin dəqiqləşdirilməsi istiqamətində Dövlət Komissiyası tərəfindən müvafiq işlər davam etdirilir.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik.





