
Neftçala rayonunun Həsənabad qəsəbəsində bədbəxt hadisə baş verib.
Qanuntv.az xəbər verir ki, qəsəbə sakini, 1962-ci il təvəllüdlü C.Rövşəni gürzə ilanı sancıb.
Məlumata görə, kişi hadisədən sonra ilanı öldürüb. Bir müddət sonra onun səhhəti kəskin pisləşib.
Lakin ailə üzvləri onun ilan sancması barədə gec məlumat əldə ediblər. Nəticədə zəhərlənmənin ağırlaşması səbəbindən kişinin həyatını xilas etmək mümkün olmayıb.
Mərhum Həsənabad qəsəbə qəbiristanlığında dəfn edilib.
Qanuntv.az





