
Bakıda 10 nömrəli tam orta məktəbin müəllimi Aliyə Yenikeyeva vəfat edib.
Qanuntv.az xəbər verir ki, mərhum Aliyə Yenikeyeva uzun illər sözügedən təhsil müəssisəsində rus dili müəllimi kimi fəaliyyət göstərib.
Məlumata görə, o, uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul olub, şagirdlərin təlim-tərbiyəsində və təhsil prosesində yaxından iştirak edib.
Aliyə Yenikeyeva ilə bağlı xəbəri onun çalışdığı məktəbin kollektivi və onu tanıyanlar üçün böyük itki kimi qiymətləndirilib.
Allah rəhmət eləsin. Yaxınlarına, doğmalarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk.
Qanuntv.az





