
Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin direktoru Xoşqədəm Vidadi qızı Xudiyeva vəzifəsindən azad edilib.
Qanuntv.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev tərəfindən müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Xoşqədəm Xudiyeva Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru vəzifəsindən çıxarılıb.
Kollecin direktor vəzifəsinin icrası isə Nigar Səfxanovaya həvalə olunub. Qeyd edək ki, Nigar Səfxanova cari ilin yanvar ayında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsi ilə bağlı etirazlarını bildiriblər.
Kollecdə rəhbər dəyişikliyinin təhsil müəssisəsinin gələcək fəaliyyətinə və idarəetmə prosesinə necə təsir göstərəcəyi isə qarşıdakı dövrdə məlum olacaq.





